Kürdəmirdə üçotaqlı ev külə döndü
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. Kürdəmir rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini, 20 yaşlı Seyidov Mirsadıq Miri oğluna məxsus ümumi sahəsi 165 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində evin 120 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb. Yanğınsöndürənlər həmin evə bitişik 4 qonşu mənzili alovdan xilas edə biliblər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib