Bakıda avtomobil YOLDAN ÇIXIB AŞDI
Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, "99 SR 755" dövlət nömrə nişanlı "Nissan Teana" markalı avtomaşının sürücüsü yağışlı havada idarəetməni itirərək öncə elektrik dirəyinə daha sonra yol kənarındakı hasara çırpılıb. Hadisə nəticəsində avtomobil aşıb, sürücü yüngül xəsarət alıb.
Dövlət Yol Polsinin Nərimanov Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisəyə səbəb sürücünün içkili halda avtomobili idarə etməsi olub.
Qəza ilə bağlı sürücü Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Yarasız hala düşən avtomobil ərazidən evakuasiya olunub. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib