Bank Of Baku

Qaz kəməri PARTLADILDI: 22 ÖLÜ

# 13:13
14 dekabr 2013

İrandan İraqa çəkilən qaz kəmərində partlayış törədilib, 22 nəfər həlak olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bəqubə şəhərinin 55 kilometr şərqində “Ələndi” və “İmam səsi” arasındakı bölgədə baş vermiş terror hadisəsi nəticəsində kəmərin tikintisində çalışan 22 işçi həlak olub.

 

Onlardan 20-si İran, ikisi isə İraq vətəndaşıdır. Hadisə nəticəsində 5-6 nəfərin isə yaralandığı bildirilir. Partlayışın “Əl-Qaidə” terror qruplaşması tərəfindən törədildiyi güman edilir. Dindirilmə başlanıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR