Ədli Mənsur misirliləri ümumxalq səsverməsinə çağırıb
Misirdə yeni Konstitusiya layihəsi ilə bağlı referendum yanvarın 14-15-də keçiriləcək. Bu barədə qərarı müvəqqəti dövlət başçısı Ədli Mənsur qəbul edib. O, misirliləri ümumxalq səsverməsində iştirak etməyə və yeni konstitusiyaya "hə" deməyə, opponentləri isə isrardan əl çəkməyə çağırıb. Ədli Mənsurun sözlərinə görə, bu israr xalqın maraqlarına ukyğun deyil.
Konstitusiya referendumunun ardınca parlament və prezident seçkiləri keçirilməlidir. Qeyd edək ki, 2012-ci ilin dekabrında qəbul edilən Konstitusiya Misir cəmiyyətində qızğın mübahisələrə səbbəb olmuşdu. Bu ilin yayında Misirdə hərbi çevriliş baş verdi, islamçı prezident Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatı hakimiyyətdən devrildi. Hərbçilər Məhəmməd Mursi dövründə qəbul edilən Konstitusiyanı qüvvədən düşmüş elan etdilər.
Misirdə hələ də etiraz aksiyaları səngimir. Referendumda ictimai asayişi on minlərlə hərbçi və polis, o cümlədən, xüsusi təyinatlılar qoruyacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib