Səfir: "Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsini sona çatdırmaq istəyirik"
"İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir".
APA TV-nin xəbərinə görə, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib ki, bu ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir. Səfir qeyd edib ki, iki ölkə arasında təxminən bu həcmdə də qeyri-rəsmi ticarət mövcuddur.
İranla Naxçıvan arasında dəmir yol xəttinin tikintisi barədə danışan Möhsün Pak Ayin qeyd edib ki, layihə ilkin araşdırmalar səviyyəsindədir: "Biz hazırda Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi üzərində daha çox mərkəzləşmişik. Bu məsələni sona çatdırmaq istəyirik".
Bakıda İran-Azərbaycan Biznes forumu keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev iki ölkə arasıdna ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu bildirib. Sonda əməkdaşlıq müqaviləsi imzalanıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib