Mebel salonu KÜLƏ DÖNDÜ
Zaqatalada mebel salonunda yanğın olub. Yanğın Zaqatala şəhərində Hüseynova Qəmər Yaqub qızına məxsuz, ümumi sahəsi 4000 kv/m olan “KRAL” mebel salonuna bitişik tikilmiş 1800 kv/m-lik anbarının çardaq hissəsində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mebel salonunun anbarının çardaq hissəsi 900 kv/m sahədə yanaraq yararsız hala düşüb. Anbarın qalan hissəsi və mebel salonu yanğından mühafizə edilib. Yanğın zamanı mebel salonunda işləyən işçilərdən xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib