Qazaxda dəhşət: EV SAHİBİ DİRİ-DİRİ YANDI
Qazaxda ev sahibi ilə birlikdə yanıb. Qazax rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzindən 43 kilometr aralıda yerləşən Kəmərli kəndində baş verib. Hadisə nəticəsində Oqtay Cəlilova məxsus ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birgə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi, 1934-cü il təvəllüdlü Oqtay Cəlilovun yanmış meyiti aşkarlanıb.
Evə bitişik tikililər yanğından mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib