Orta məktəblərdə QIŞ TƏTİLİ NƏ ZAMAN BAŞLAYIR?
Təhsil Nazirliyi beş və altı günlük orta məktəblərdə qış tətili günlərinin vaxtını açıqlayıb. Nazirlikdən Lent.az bildirilib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib. Beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili dekabrın 29-dan yanvarın 6-na qədərdir. Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 28-i, II yarımilin ilk dərs günü yanvarın 7-sidir. Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə dekabrın 30-dan yanvarın 6-na qədər qış tətilidir.
Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib