"Mercedes" AŞDI: 2 YARALI
Siyəzən-Bakı avtomobil yolunun 5-ci km-də iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 29 yaşlı Zəka Dadaşovun idarə etdiyi 12 BD 130 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və onun 53 yaşlı sərnişini Şükufə Qəniyeva ağır bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Zəka Dadaşovun vəziyyəti çox ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Şükufə Qəniyevanın qolunda isə bir neçə sınığın olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib