Gənc Sahibkarların Forumu keçirilib
Qəbələ şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların Qəbələ Forumu keçirilib. APA TV-nin məlumatına görə, forumun keçirilməsində əsas məqsəd gənc iqtisadçıları və sahibkarları Azərbaycanda cərəyan edən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, əsas prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə peşəkar səviyyədə məlumatlandırmaq olub. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıb.Tədbirdə Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də ekspertlər, aidiyyatı dövlət orqanlarından nümayəndələr iştirak edib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib