Türkiyədə faciə: 11 ÖLÜ, 31 YARALI
Türkiyədə bir-birinin ardınca baş vermiş 2 ağır yol nəqliyyat qəzası nəticəsində 11 nəfər ölüb, 31 nəfər yaralanıb.
APA-nın CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, qəza Kayseri şəhəri yaxınlığında dağlıq ərazidə baş verib. Məlumata görə, içərisində tələbələrin olduğu avtobus buz bağlamış sərt enişli yolda idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılaraq aşıb. Hadisə yerinə dərhal xilasedicilər və həkimlər cəlb olunub. Qeyd edək ki, qəza baş verdikdən az sonra, xilasetmə işləri aparılan zaman yüksək sürətlə hərəkətdə olan digər mikroavtobus idarəetməni itirərək əraziyə toplaşan hadisə şahidlərinə və təcili tibbi yardım maşınlarına çırpılıb. Baş vermiş qəzalar nəticəsində ümumilikdə 11 nəfər ölüb, 31 nəfər isə yaralanıb. İlkin məlumata görə, qəzaya uğrayan nəqliyyat vasitələri mövsümi qış təkərləri ilə təchiz olunmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib