Ramal Amanov erməni boksçu Sevak Baqdasaryana qalib gəldi
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı boksçu Ramal Amanov erməni idmançı Sevak Baqdasaryanla rinqə çıxıb.
“Dinamo” idman zalında baş tutan yarışda Ramal Amanov rəqibinə xal hesabı ilə qalib gəlib. Gərgin keçən yarışda hakim Ramal Amanovun xeyrinə nəticə çıxarıb. Erməni idmançısı hakimin qərarına etiraz etsə də nəticə dəyişməyib. İdmançımız 2005-ci ilin Dünya çempionatının gümüş mükafatçısı Baqdasaryana qalib gəlib.
Ramal Amanov Azərbaycan milli komandasının üzvüdür.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib