Türkiyədə media nümayəndələrinin polis idarələrinə girişi qadağan olundu
Media işçilərinin Türkiyədə polis idarələrinə girişi qadağan olunub. İstanbul Polis İdarəsi tərəfindən verilən açıqlamada 22 dekabr tarixindən media nümayəndələrinin yalnız hər hansı bir hadisə olduqda və ya mətbuat açıqlamaları zaman idarələrə girə biləcəkləri deyilib. Bundan başqa Vətən və Gayrettepe polis idarələrindəki mətbuat otaqlarından istifadə edən media nümayəndələrindən açar və giriş kartlarını təhvil vermələri istənilib. Türkiyədə korrupsiya və rüşvət əməliyyatlarından sonra 11 polis rəisinin müəyyənləşdirilməsindən sonra daha 25 şöbə və rayon idarələri rəislərinin yerləri dəyişdirilib. İstanbul polis idarəsinin rəisi Hüseyn Çapkın da işdən azad olunanlar sırasındadır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib