Azərbaycanın AŞ-yə sədrliyi ilə bağlı Fəaliyyət Planı hazırlanır
Azərbaycanın Avropa Şurasına sədrliyi ilə bağlı Fəaliyyət Planı hazırlanır. APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Hazırda fəaliyyət planı tərəflər arasında müzakirə olunur: "Bu fəaliyyət planın içərisində müxtəlif prioritetlər var. Sizi əmin edə bilərəm ki, həm Azərbaycanın, həm Avropanın üst-üstə düşdüyü dəyərlər əsasında formalaşdırılır. Niyə mən bu prioritetlər haqqında açıq şəkildə deyə bilmirəm? Ona görə ki, iş gedir. Hansısa prioritet önə çəkilə bilər, hansısa prioritet güdəmdən çıxa bilər".
Səməd Seyidov onu da bildirib ki, Azərbaycanda 2014-cü ilin iyunundan Avropa Şurasına sədrliyi ilə bağlı gələn il mayın sonlarında Bakıda AŞ PA Daimi Komitəsinin iclası keçiriləcək. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Avropa Şurası üçün hər zaman aktual olduğunu da vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib