ARVADINI ÖLÜMCÜL YARALAYAN ƏR DANIŞDI
Bakıda ər arvadını bıçaqlayıb. Ailədaxili münaqişə zəminində həyat yoldaşını bıçaqlayan şəxs hadisənin təfərrüatları barədə danışıb. APA TV-nin xəbərinə görə, Biləcəri qəsəbəsi yeni yaşayış massivində yaşayan 1979-cu il təvəllüdlü Məmmədov Azər Hümmət oğlu həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Alimə Yolçu qızına çoxsaylı bıçaq zərbəsi endirdiyini söyləyib.
Döş qəfəsi, çiyin, bel və əl nahiyələrindən çoxsaylı xəsarətlər almış qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyəti ağırdır.
Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində açılmış cinayət işi üzrə araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”