İmişlidə yeni məktəb istifadəyə verildi
İmişli rayonununun Cəfərli kəndində yeni məktəb binasının açlılşı olub. 120 şagirdlik 12 sinif otağı olan məktəb binası ən müasir tələblər səviyyəsində inşa edilib. APA TV-nin xıbırinı görə, iki mərtəbədən ibarət olan məktəb idman və akt zalı, kitabxana, kompüter və istilik enerjisi ilə də təmin edilib. Bütün otaqlar inventar və dərs ləvazimatı ilə də təchiz edilib. Açlış mərasimində İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edib. Bildirib ki, regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərcivəsində son on ildə rayonda 30 məktəb binası inşa edilib. 11 təhsil ocağı isə əsaslı təmir olunub. Hazırda daha bir məktəbin tikintisi də davam edir.
DİGƏR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”