Sərhəddə 11 kq narkotik tutuldu
Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, xidmətin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb.
Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də tutulub. Faktla bağlı DSX tərəfindən araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək