Rusiyada MİQRASİYA QANUNLARI DAHA DA SƏRTLƏŞDİRİLƏCƏK
Rusiya Dövlət Dumasının deputatları əcnəbilərlə bağlı qanunvericiliyi sərtləşdirmək niyyətindədir.
Biryulevo hadisəsindən sonra Rusiya parlamenti qeyri-leqal miqrantlarla bağlı problemi həll etmək istəyib. Liberal-demokratlar Rusiya ərazisində hətta əhəmiyyəti olmayan 2 qanun pozuntusu törədərsə, həmin şəxsin deportasiya edilməsini və 15 müddətində Rusiyaya gəlişinin qadağan olunmasını təklif edib. Qanunun müəllifi Roman Xudyakov bildirib ki, miqrant inzibati qanun pozuntusu edərsə, o, 50 min rubl miqdarında cərimə ödəyəcək. Təkrar qanun pozuntusunda isə onu ölkədən deportasiya edəcəklər və 15 il gəlməsinə qadağa qoyulacaq.
APA TV-nin xəbərinə görə, o bildirib ki, qanun layihəsi baxılması üçün yaz sessiyasında irəli sürüləcək.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək