Saatlıda zəhərlənən AİLƏ ÜZVLƏRİNDƏN DAHA BİRİ ÖLÜB
Saatlı rayonunda evdə konservləşdirilmiş pomidor turşusundan zəhərlənən ailə üzvlərindən daha biri dünyasını dəyişib. 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.
APA TV-nin xəbərinə görə, kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində baş verib. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, 1984-cü il təvəllüdlü oğlu Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Daha sonra azyaşlılar Bakıdakı Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinə çatdırılıblar.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək