Gəncədə sərnişin vaqonları istehsal ediləcək
"Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodu tikilməsi nəzərdə tutulur. İsveçrənin “Ştaller” şirkəti ilə biz danışıqlar aparırıq. Güman edirəm ki, bir neçə ay sonra bu layihənin icrasına qeyd etdiyim ərazidə başlayacağıq".
APA TV-nin xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra açılışında deyib. Açılış mərasimində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Ziya Məmmədov dəmir yolunda ediləcək başqa yeniliklərdən də danışıb: "Proqram əsasında 50 yeni lokomotiv alınacaq".
Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsinin də açılışı olub. Uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtomobil magistralına çıxa biləcəklər.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək