Bakının mərkəzində "Porshe", "Hyundai", "Honda", "Mercedes" və "Jiquli" toqquşdu
Bakıda 5 avtomobilin toqquşması ilə nəticələn zəncirvari qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə Xalçaçılıq Muzeyinin yanında baş verib. Qəzaya "VAZ 2107" markalı avtomobilin səbəb olduğu bildirilir. "VAZ 2107" avtomobillərdən birinə dəydikdən sonra "Hyundai", "Honda", "Mercedes" və "Porsche" markalı avtomobillər biri-biri ilə toqquşaraq əzilib. Hadisə nəticəsində avtomobillər zədələnsə də sürücülərdən və sərnişinlərdən xəsarət alan olmayıb. Avtomobillər evakuasiya olunub.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək