Partlayışda yaralanan səfir ölüb
Mənzilində baş vermiş partlayış nəticəsində yaralanan Fələstinin Çexiyadakı səfiri Camal əl Camal dünyasını dəyişib. Səfir aldığı xəsarətlərdən xəstəxanada keçinib. APA TV-nin xəbərinə görə, səfirin mənzili Praqanın elit rayonunda, çoxsaylı xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə imiş. Partlayış anında evdə diplomat və onun ailə üzvləri olub. Hadisənin motivi bəlli deyil.
Camal əl Camal 6 ay öncə Çexiyanın paytaxatı Praqada səfirlik fəaliyyətinə başlayıbmış.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub