Rusiya prezidenti Volqoqradda
Rusiya prezidenti Vladimir Putin Volqoqrada gedib. O, Volqoqradda terror aktlarıyla bağlı partlayışların baş verdiyi ərazilərə baş çəkib. Putin trolleybusun partladığı ərazidə olaraq həmin yerə gül dəstələri qoyub. Daha sonra dövlət başçısı xəstəxanaya gedərək yaralıları ziyarət edib.
APA TV-nin xəbərinə görə, onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri, Daxili işlər naziri, Səhiyyə naziri, Volqaqrad qubernatoru və başqaları müşaiyət ediblər.
Xatırladaq ki, dekabrın 29-dan 30-a keçən gecə Volqaqradda- vağzalada və şəhərin mərkəzinə gedən trolleybusda iki partlayış törədilib. Hər iki partlayışların kamikadzelər tərəfindən həyata keçirildiyi məlum olub. Nəticədə 34 nəfər ölüb, 60 nəfər yaralanıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub