Beyrutda terror: 4 ölü, 13 yaralı
Livanın paytaxtı Beyrutun cənubunda partlayış törədilib. Partlayış “Hizbullah” təşkilatına məxsus olan “əl-Manar” televiziyanın binası yaxınlığında baş verib.
APA TV xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Məlumatda həmçinin qeyd olunur ki, son həftə ərzində Livan təhlükəsizlik qüvvələri içərisində partladıcı qurğu quraşdırılmış bir neçə avtomobili zərərsizləşdirib.
Qeyd edək ki, ötən həftə Beyrutda daha bir partlayış törədilib, nəticədə keçmiş maliyyə naziri və sabiq baş nazir Saad Həririnin xarici siyasət üzrə məsləhətçisi Məhəmməd Çatah həlak olub.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək