Qar Amerikanı iflic edib
Çovğun Amerika Birləşmiş Ştatlarının bir hissəsini yenidən öz cənginə alıb. 3 ştatda yağan güclü qar həyatı iflic edib. Bəzi bölgələrdə qarın hündürlüyü 25 santimetrə çatıb. Men və Vermont ştatlarında elektrik enerjisi kəsilib. Şimali Dakota ştatında isə çovğun və görmə dərəcəsinin aşağı düşməsi ilə əlaqədar dəmiryol səfərləri təxirə salınıb. Avtomobillər yollarda qalıb. Meteoroloqlar temperaturun kəskin aşağı düşəcəyini söyləyiblər.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək