Mədinədə təyyarə qezası: 29 NƏFƏR XƏSARƏT ALIB
Səudiyyə Ərəbistanının Mədinə Aeraportunda Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinə məxsus təyyarə təcili eniş edib. "Daily Star"-ın məlumatına görə, eniş zamanı 315 sərnişini olan təyyarənin arxa təkərləri açılmayıb. Təyyarə təhlükəli eniş edib və gövdəsi eniş zolağına dəyib. Hadisə Nəticəsində 29 nəfər xəsarət alıb. Yaralılardan 11-i xəstəxanaya çatdırılıb. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib. Mədinə Aeroportunun nümayəndəsi Xalid Xeybərinin məlumatına görə, İrandan uçan təyyarədə 315 sərnişin olub. Təyyarədə xarici vətəndaşların olması barədə məlumat verilmir.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək