Mal-qara oğruları saxlanıldı
Bərdə rayonunda mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bərdə ərazisində məskunlaşan Kəlbəcər rayon sakini Babək Kərimov Bərdə rayon Polis Şöbəsində müraciət edərək ötən ilin dekabr ayının 30-da iki baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Vətəndaşın şikayəti əsasında aparılan araşdırmalar nəticəsində bu oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, 57 yaşlı Mətləb Qələndərov və Bərdə rayon sakini, 30 yaşlı Bəhruz Əliyev saxlanılıb.
APA TV-nin xəbərinə görə, faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək