Şirvanda 5 nəfərlik AİLƏ EVSİZ QALDI
Şirvanda fərdi yaşayış evi yanıb, nəticədə bir ailənin 5 üzvü evsiz qalıb.
Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidməti məlumat verib. Şirvan şəhərində 34 yaşlı Seymur Yusifova məxsus 55 kvadrat metrlik fərdi yaşayış evi yanıb. Yanğın hadisəsi elektrik enerjisində baş verən qısa qapanmadan yaranıb. Hadisə yerinə Şirvan Şəhər Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili cəlb edilib. Yanğın söndürülüb. Küləkli hava şəraiti də yanğının güclənməsinə şərait yaradıb. Yanğın zamanı ev əşyaları tamamilə yanaraq sıradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub