Səhiyyə naziri ana və uşaq ölümlərindən danışdı
"2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq sümük iliyinin transplantasiya əməliyyatı həyata keçiriləcək".
APA TV-nin xəbərinə görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, əməliyyat Respublika Talasemiya Mərkəzində aparılacaq. Nazir son 10 ildə talasemiya xəstəliyindən ölüm hallarının azaldığını deyir: "Sözügedən xəstəlikdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı təminatı məsələsi praktiki olaraq həll edilib. Qan tədarükü 6,8 tondan 30 tona kimi artırılıb. Hazırda tibb müəssisələrində xəstələrin qana olan ehtiyacı tam ödənilib".
Ana və uşaq ölümlərindən nazir əvvəlki illərə nisbətən 2013-cü ildə belə hadisələrin azaldığını deyib.
Səhiyyə naziri-2013 cü ildə ölkədə uşaqlar arasında 10 xəstəliyə qarşı vaksinasiya həyata keçirildiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub