TÜRKİYƏ ÇALXALANIR: "Ergenekon"un hakim və prokurorlarının işi araşdırılır
Türkiyədə Hakimlərin və Prokurorların Ali Şurası "Ergenekon" işinə baxan İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin heyəti haqqında araşdırma aparılmasına qərar verib. APA TV-nin xəbərinə görə, araşdırma qərarı həmin işdə mühakimə olunaraq, ömürlük həbsə məhkum edilmiş keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun vəkili İlkay Sezərin 5 oktyabr 2012-ci il tarixində etdiyi müraciəti əsasında verilib.
Hakimlərin və Prokurorların Ali Şurasının qərarına görə, araşdırmanı İstanbul 17-ci Ağır Cəza Məhkəməsi aparacaq.
Şuradan vəkil İlkay Sezərin "müdafiə etdiyi şəxslə görüşmələrində qanunda yer almayan bir formada maneçilik yaradılması"na görə etdiyi müraciətə görə araşdırılma aparıldığı bildirilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub