“Müsəlman qardaşları” yenidən fəallaşdı
Misirdə keçiriləcək referendumla bağlı Qahirə, İsgəndəriyyə və digər şəhərlərdə "Müsəlman Qardaşları" hərəkatının tərəfdarları küçələrə çıxıblar. Ölkənin sabiq prezidenti Məhəmməd Mursi hakimiyyətdən kənarlaşdırılandan bəri islamçıların hər cümə namazından sonra kütləvi etiraz aksiyaları keçirməsi ənənəyə çevirib.
Mursi və terrorçu təşkilat elan olunmuş "Müsəlman Qardaşları"nın tərəfdarları həmyerlilərini yanvarın 14-15-də keçiriləcək ümumilli referendumu boykot etməyə çağırır. İsgəndəriyyə şəhərində etirazçılar polisə Molotov kokteyləri atıb. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Oxşar zorakı səhnələr Qahirənin “Nəsr Şəhəri” adlı rayonunda müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub