Xəzər sahilində mina həyəcanı - PARTLAYIŞ ANI
Lənkəranda, Xəzər dənizi sahili zolağında mina həyəcanı yaşanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran sərhəd dəstəsinin əraziyə təhkim olunan mühafizə hissəsi Xəzər dənizi sahilində bir-birindən 600 metr məsafədə 2 ədəd tank əleyhinə “TM-62” markalı mina aşkarlayıb. Hadisə ilə bağlı dərhal aidiyyəti üzrə müvafiq orqanlar məlumatlandırılıb. Əraziyə hüquq mühafizə orqanlarının rəhbərləri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, DSX ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Onların səyləri ilə ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb. Hər iki mina hadisə yerindən götürülərək, 300 metr məsafəyə aparılıb. APA TV xəbər verir ki, xüsusi tədbirlərdən sonra minalar zərərsizləşdirilib.
Qeyd etmək lazımdır ki, mina tapılan ərazi vaxtilə rus ordusunun poliqonu olub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub