Güclü külək Gədəbəydə 12 kəndi işıqsız qoydu
Gədəbəydə əsən güclü külək elektrik dirəklərini aşırıb. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayevin APA TV-yə verdiyi məlumata görə, qərb bölgəsində müşahidə olunan küləkli hava rayonun elektrik təsərrüfatına ziyan vurub. Külək 12 kəndə gedən elektrik dirəklərini aşırıb və yaşayış məntəqələrinə enerjinin verilməsi dayandırılıb. Qüdrət Paşayev deyib ki, rayona qar yağmağa başlayıb. Hazırda qarın qalınlığı 10 santimetrdir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub