Misirdə refendum ölüm və həbslərlə başladı
Misirdə referendumun ilk günündə baş verən toqquşmalar zamanı 10 nəfər həyatını itirib. Qarşıdurmalar paytaxt Qahirədən kənarda 5 nəfərin ölümünə səbəb olub. Burada "Müsəlman qardaşları" tərəfdarları səsverməni dağıtmağa çalışıblar. Baş verən qarşıdurmanı hərbi qüvvələr və polis dağıdıb. 4 nəfər Sohar şəhərində ölüb. Rəsmi məlumata əsasən, buna səbəb silahlıların referenduma gedən insanlara atəş açması olub. Başqa mənbələrdə ölənlərin "Müsəlman qardaşları" tərəfdarları olduğu da deyilir. Beni-Sueyş şəhərində də fəallardan biri güllələnib.
France-Presse Agentliyinin yaydığı məlumata görə, referendumun ilk günündə 140 nəfər, o cümlədən seçkiləri boykot etmək istəyən "Müsəlman qardaşları" tərəfdarları həbs edilib.
APA TV xəbər verir ki, yeni konstitusiyanın layihəsi 2013-cü ilin 1 dekabrında təsdiq olunub. Sənəd üzərində işi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, o cümlədən "Müsəlman qardaşları"nın iki üzvü aparıb. Yeni konstitusiyaya əsasən hərbi təsir və parlament gücləndiriləcək və islamın rolu azaldılacaq.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub