Tovuz sakini minaya düşdü, BARMAĞINI İTİRDİ
Tovuz rayon sakini minaya düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayon mərkəzindən 55 kilometr aralı, Ermənistanla sərhəddə yerləşən Qaralar kəndinin sakini, 1974-cü il təvəllüdlü Hidayət Müseyibov ayaq nahiyəsindən aldığı müxtəlif xəsarətlərlə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hidayət Müseyibov sərhəddə piyada əleyhinə mina partlaması zamanı xəsarət aldığını deyib.
Xəstəxanada onun sağ ayağının baş barmağı amputasiya edilib. Məlumata görə, yaralı şəxs bildirib ki, yer buz bağladığı üçün piyada əleyhinə olan minanın təsir gücü zəif olub. Məhz bu səbəbdən də 40 yaşlı Hidayət Müseybov hadisədən az xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub