Azərbaycanda ilk: KİMSƏSİZ YENİYETMƏLƏR ÜÇÜN ŞƏHƏRCİK SALINACAQ
Azərbaycanda yeniyetməlik dövrünə çatan uşaqlar üçün ayrıca mənzil tipli xüsusi yataqxanalar tikiləcək. Hazırda Nazirlər Kabineti ilə birgə bununla bağlı Mənzil, Şəhərsalma və Tikinti məcəllələrinə, o cümlədən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişiklik layihəsi hazırlanır.
APA TV-nin xəbərinə görə, layihəyə əsasən, 16 yaşına çatan valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlar üçün dövlət hesabına Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri ərazisində mənzil tipli yataqxanalardan ibarət şəhərcik salınması nəzərdə tutulur. Məqsəd kimsəsiz uşaqların yeniyetməlik dövründən sonra da sosial problemlərinin qarşılanması, onların uşaq evlərindən sonrakı həyat şəraitinin təmin edilməsidir. Layihənin bu il hazırlanaraq Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub