Xaçmazda məktəbli dərsdən evə qayıdarkən bıçaqlanıb
Xaçmaz rayonunda 2 bıçaqlanma faktı qeydə qeydə alınıb. APA ТV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər, Zərifə Əliyeva adına 8 saylı məktəb liseyin 11-ci sinif şagirdi Qayıbxanov Muradxan Qayıbxan oğlu məktəbdən evə qayıdarkən naməlum şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, məktəbliyə 3 bıçaq xəsarəti yetirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Digər bir bıçaqlanma faktı isə rayonun Köhnə Xaçmaz kəndində baş verib. 1975-ci il təvəllüdlü Tağıyev Telman Ağamirzə oğlu da bıçaq xəsarəti ilə Xaçmaz MRX-ya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.
Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub