“FINCA Azerbaijan”-nın əməkdaşları qəzaya düşdü: 1 ÖLÜ, 3 YARALI
Sabirabadda baş verən qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.
APA TV-nin xəbərinə görə, qəza Hacıqabul-Bəhrəmtəpə yolunun Şəhriyar kəndi ərazisində baş verib. Ağcabədi rayonunun Salmanbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Soltanov Ülfət Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil sərt döngədə idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlər - Ağcabədi rayon Salmanbəyli kənd Mikayıllı Nahid Hüseyn oğlu və Sultanlı Zaur Ələddin oğlu yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Digər sərnişin - 1988-ci il təvəllüdlü Qurbanov Vasif Etibar oğlu hadisə yerində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, qəzaya uğrayan şəxslər “FINCA Azerbaijan”-nın Ağcəbədi filialının əməkdaşları olub.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub