Goranboy sakinindən narkotik götürülüb
Goranboy rayon sakininin mənzilində xeyli miqdarda narkotik vasitə aşkar edilib. APA TN xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat məlumatı əsasında Qarqucaq kənd sakini Qulu Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və müxtəlif tərkibli dərman preparatları aşkar edərək götürüblər. Narkotik vasitənin hansı yolla əldə edilməsi və bu əməldə başqa şəxslərin iştirakının olub-olmaması araşdırılır.
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub