Sabirabadda qoyun oğruları yaxalandı
Sabirabad polisi vətəndaşların mal-qarasını oğurlayan Saatlı rayon sakinlərini saxlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qalaqayın kənd sakini İlham Qasımovun həyətindəki tövlədən ümumi dəyəri 2800 manat olan 18 baş qoyunu oğurlayan şəxslər yaxalanıb. APA TV-nin xəbərinə görə, əməliyyat-axtarış tədbirləri zərərçəkənin şikayəti əsasında aparılıb.
Baş müstəntiq Şahin Abdulov deyib ki, Sabirabad və Saatlı polisi birgə əməliyyat keçirib. Həmin şəxslərin Saatlı rayonu Mustafabəyli kənd sakini Ziyadov Fuad Zakim oğlu və Qıraqlı kənd sakini Qasımov Nurlan Alim oğlu olduğu aşkarlanıb.
Hər iki şəxs cinayət məcəlləsinin 3 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub