“VAZ-2106” piyadanı vurub öldürdü
Cəlilabadda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Rəmyəddin Həsənov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Cəlilabad rayonunun Adtanabad kənd sakini Miraslan Şərifovu vurub. Güclü zərbənin təsirindən piyada yoldan 10 metr kənara düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Miraslan Şərifov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub