20 yaşlı oğlan maşınla qəza törətdi
Binəqədi rayonu ərazisidə yol qəzası baş verib. Hadisə Bakı-Quba yolunun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 20 yaşlı Orxan Yusifov “Mercedes” markalı minik avtomobili ilə Sumqayıtdan “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn “Mitsubishi Pajero” markalı avtomobil onun yoluna çıxıb. İdarəetməni itirən sürücü maşını yol qoruyucusuna çırpıb. Nəticədə “Mercedes” əzilib, sürücü isə yüngül bədən xəsarətləri alıb. Qəza şəraiti yaratdığı iddia edilən “Mitsubishi Pajero” avtomobili ərazidən uzaqlaşıb.
Hadisə yerinə gələn yol polisi əməkdaşları avtomobili cərimə meydançasına, sürücünü isə yaxınlıqdakı xəstəxanaya aparıb. APA TV-nin xəbərinə görə, faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub