307 saylı məktəbdə anım tədbiri keçirilib
Bakıdakı 307 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Yanvarın 17-də keçirilən tədbiri məktəbin ibtidai sinif şagirdləri və müəllimləri təşkil ediblər. APA TV-nin xəbərinə görə, tədbirin keçirilməsində məqsəd 20 yanvar şəhidlərini xatirəsini yad etmək, şanlı tarixi uşaqlara bir daha xatırlatmaq olub. Tədbirdə şagirdlər şeir deyib, fotolara, videolara baxıblar.
Tədbirin əsas təşkilatçılığını məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nüşabə Xəlilova, ibtidai sinif müəllimləri Vüsalə Əmirova və Sevinc Mirzəyeva edib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub