Binanın damında kişi meyiti tapıldı
Gəncədə beşmərtəbəli binanın damında kişi meyiti tapılıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Gəncə şəhəri, Kəpəz rayon sakini 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada dünyasını dəyişib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürüb aidiyyəti üzrə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub