"VAZ 2107" avtobusa çırpıldı
Tərtərdə minik maşını sərnişin daşıyan avtobusla toqquşub. Hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib. Şahidlərin sözlərinə görə, "VAZ 2107" markalı minik maşını yanacaqdoldurma məntəqəsinə dönərkən qarşından gələn avtobusu gözləməyib. Bu səbəbdən də qəza baş verib.
APA TV-nin xəbərinə görə, yararsız vəziyyətə düşən "VAZ 2107"-nin sürücüsü Mobil Dadaşov agır bədən xəsarətləriylə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Tramatalogiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi Nazim Səfərovun sözlərinə görə, yaralının vəziyyəti orta ağırdır. Avtobusun sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub