Qaxda 7 ton quru ot külə döndü
Qaxda yanğın hadisəsi baş verib. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Calayır kəndində, Xəlləyev Sənan Səyyad oğlunun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 28 kv/m olan mal tövləsində olub. Hadisə yerinə FHN-nin Qax rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində mal tövləsi çardağına yığılmış 7 ton quru ot kütləsi ilə birlikdə və tövləyə bitişik tikilmiş, ümumi sahəsi 16 kv/m olan altıaçığın yanar konustrksiyaları yanaraq, yararsız hala düşüb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Fakla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub