Bank Of Baku

KATOLİK DÜNYASI ŞOKDA: Rahibənin uşağı olub

# 12:21
20 yanvar 2014

İtaliyada mədə ağrısı ilə xəstəxanaya aparılan rahibənin hamilə olduğu məlum olub. Doğuşa qəbul edilən qadın 3.5 kiloqram ağırlığında oğlan dünyaya gətirib. 32 yaşında olan rahibənin həkimlərə, "Hamilə olduğumu bilmirdim. Sadəcə mədə ağrısı çəkirdim" - dediyi bildirilir.

İtaliya xəbər agentliyi "ANSA"nın məlumatına görə, uşağa katolik dünyanın tanınmış müqəddəsi Assili Françeskonun adı verilib. Roma yaxınlığında Rietidə baş verən hadisəni digər rahibələr çaşqınlıqla qarşılayıb.

APA TV-nin "La Repubblica" qəzetinə istinadən xəbərinə görə, Rieti yepiskopu Delio Lukarelli hadisədən böyük bir utanc hissi ilə keçirdiyini deyib. Yepiskopluqdan rahibənin dini həyatdan uzaqlaşaraq oğluna yaxın dünyəvi bir həyat seçə biləcəyini, yepiskopluğun ona əvvəlki kimi yaxın olacağını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR