Olimpiya məşəli Volqoqradda
Rusiyada Olimpiya məşəli ötən ay ard-arda terror hücumları ilə sarsılan Volqoqrad şəhərinə çatıb. Şimali Qafqaz terrorçularının lideri Doku Umaronun Soçidə terror aktları barədə verdiyi bəyanat isə qüvvədə qalır. O, bununla bağlı bütün silahdaşlarına müraciət edərək, onları Rusiyaya 2014-cü il Qış Olimpiya Oyunlarını keçirməyə imkan verməməyə çağırıb.
Öz növbəsində, Fransa prezidenti Fransua Olland Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına qatılmayacaq.
APA TV-nin xəbərinə görə, bu, Avropa siyasətçilərinin Soçidəki tədbirə qatılmaq istəməməsi ilə bağlı ikinci imtina bəyanatıdır. Daha öncə Almaniya kansleri də analoji addım ataraq, olimpiadaya gəlməyəcəyini bəyan etmişdi.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub