Bakıdan Bağdada TƏYYARƏ REYSİ AÇILIR
"İraq hökuməti bütün dünyadan gələn, o cümlədən azərbaycanlı zəvvarların təhlükəsizliyini təmin edir. İndiyə kimi azərbaycanlı zəvvarların heç bir təhlükəsizlik problemi olmayıb".
APA TV-nin xəbərinə görə, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak deyib. Səfir iki ölkə arasında birbaşa aviareysin açılması ilə bağlı danışıqların da yekunlaşdığını bildirib: "İlk reysin həyata keçirilməsi ərəfəsindəyik. Hazırlıqlar gedir. Yalnız texnikin məsələlər üzrə danışıqlar yəni, İraq vətəndaşlarının Heydər Əliyev aeroportunda viza alması məsələsi qalıb. Hesab edirik ki, həftədə 4 uçuş həyata keçiriləcək. Artıq biletlərin qiyməti də müəyyənləşib".
Səfir Azərbaycanın İraqda səfirlik açması məsələsinə toxunaraq, qeyd edib ki, Azərbaycan səfirliyinin bu il ərzində açılması planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələyə önəm verir.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub