Ağstafa-Poylu-Gürcüstan avtomobil yolu açıldı
Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub. Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Qazax rayon İcra Hakimiyyətinin rəhbəri və içtimaiyyət nümayəndələri iştirak ediblər. Yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir. 2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Yolun hərəkət hissələrində ayrıca olaraq ağ və sarı xətlər çəkilib.
APA TV-nin xəbərinə görə, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu Qazax və Ağstafa rayonlarının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolununu əlaqələndirəcək.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub